Fələstinli qadınlar aksiya keçirdi - FOTO

Fələstinli qadınlar aksiya keçirdi - FOTO

-- “Qayıdış üçün Fələstinli qadınlar”

Yüzlərlə qadının iştirakı ilə “Qayıdış üçün Fələstinli qadınlar” adlı  aksiya keçirilib. 
 
Maide.Az “Mehr” agentliyinə istinadən xəbər verir ki, Qəzza zolağının Fələstinin işğal olunmuş əraziləri ilə sərhəddə keçirilən aksiyada çox sayda  Qəzzalı qadın iştirak edib. 
 
İşğalçı rejim əsgərləri  gözyaşardıcı qaz və döyüş patronları ilə  qadınların aksiyasına müdaxilə edib. 
 
Qeyd edək ki,  Fələstin xalqı mart ayının 30-dan indiyədək “Böyük Qayıdış Yürüşü” çərçivəsində dinc etiraz yürüşləri təşkil edir. Minlərlə fələstinlinin sərhəddə dinc nümayişinə işağlçı sionist İsrail rejimi tərəfindən sərt müadaxilələr edilir.
 
Hərbçilər döyüş patronlarından, eləcə də gözyaşardıcı qazdan istifadə edirlər.
 
30 martdan bu günə qədər 60 -a yaxın fələstinli şəhid olub. Təqribən 9 min fələstinli isə yaralanıb. 
 
Maide.Az fotoları təqdim edir: 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru