Fələstinli alimlərə Əlcəzairdə sui-qəsd edilib - MOSSAD tərəfindən

Fələstinli alimlərə Əlcəzairdə sui-qəsd edilib - MOSSAD tərəfindən

Fələstinli alimlərə qarşı sui-qəsdlərin davamında Əlcəzairdə yaşayan daha iki Fələstinli alim öz mənzillərində ölü tapıldı.
 
Maide.Az "dunyabulteni"ə istinadən xəbər verir ki, Əlcəzayir Xarici İşlər Nazirliyi və Fələstin mənbələri alimlərin sui-qəsdin qurbanı olduğunu açıqlayıb. 
 
Fələstin Xarici İşlər Nazirliyinin açıqladığı məlumatda  bildirilir, elm adamları MOSSAD tərəfindən sui-qəsdə məruz qalıblar. 
 
 Öldürülən elm adamlarının adlarının Məhəmməd əl-Fəra və Məhəmməd Həmid əl-Bənnadır. 
 
Qeyd edək ki, bundan öncə aprel ayında  İsrail kəşfiyyatı, Malaziyada yaşayan fələstinli alim Fadi əl-Batşa sui-qəsd hazırlamışdı.
 
Polisin verdiyi məlumata görə, 35 yaşlı Batş, Kuala Limpurdakı evindən çıxıb sübh namazı üçün məscidə getdiyi vaxt, şəxsiyyəti bilinməyən iki nəfər tərəfindən sui-qəsdə uğrayıb.
 
Kuala Limpurdakı özəl bir universitetdə müəllim olan elektrik mühəndisi Batş, həyat yoldaşı və 3 övladıyla birlikdə 10 ildir Malaziyada yaşayır. O, sübh namazı üçün getdiyi məsciddə könüllü olaraq imamlıq edirdi.
 
Malaziya Baş Nazir Müavini Əhməd Zahid Hamidi, şübhəlilərin "bir kəşfiyyat təşkilatına bağlı avropalılar" olduğunu söyləmişdi.
 
The New York Times qəzeti, kəşfiyyat mənbələrinə əsaslanan xəbərdə Fadi əl Batşa qarşı sui-qəsd əmrini birbaşa Mossad Naziri Yossi Cohenin verdiyini bildirmişdi. Yaxın Şərq ölkələrinə bağlı kəşfiyyat təşkilatlarının da təsdiqlədiyi sui-qəsdin, Mossadın Fələstində İslami Müqavimət Hərəkatı Həmasa qarşı zorakılıq siyasətinin ən son halqası olduğu vurğulanmışdı.
 
 

Google+ WhatsApp ok.ru