Fələstinin işğal olunmuş torpaqlarından yəhudilərin mühacirəti artıb 15 Avqust 2018 01:00 Fələstin Sionist rejimin məlumatlarına görə, 2016-cı ildən bəri Fələstinin işğal olunmuş torpaqlarını tərk edən yəhudilərin sayı, işğal olunmuş torpaqlarına köçən yəhudilərin sayından artıqdır. Maide.Az xəbər verir ki, Fələstin İnformasiya Mərkəzinin bildirdiyinə görə, sionist rejim statistika idarəsi verdiyi hesabatda, 2016-ci ildən etibarən 15200 yəhudinin işğal torpaqlarını tərk etdiyini bildirir. Sionist rejim statistika idarəsi hesabatın davamında bildirir ki, işğal torpaqlarına yeni köçən yəhudilər daha əvvəl köçən yəhudilərə nisbətən 1948-ci ildə işğal edilən əraziləri tərk etməyə daha meyllidirlər. Hesabatda 2015-ci ildə 15700 yəhudinin Fələstinin işğal olunmuş torpaqlarını tərk etdiyi bildirilərkən, buradan mühacirət edənlərin həmin torpaqlara köçürülənlərdən 2 qat daha çox olduğu vurğulanır. Sionist rejimin bölgədə apardığı hərbi siyasət, yəhudi icmalarına verdiyi boş vədlər və Fələstin müqavimət qruplarına olan məğlubiyyətləri, mühacirətin artımına təsir edən əsas amillər olaraq görülür. Teqlər : #Fələstinin işğal olunmuş torpaqlarından yəhudilərin mühacirəti artıb , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İsrail rejim qüvvələri biri jurnalist olmaqla 15 fələstinlini saxladı Fələstinlilər “Həmas”a dəstək mitinqi keçirdilər
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar