Fələstinə sükut çöküb, ümumxalq tətilinə start verilib (FOTO) 01 Oktyabr 2018 01:00 Fələstin Fələstinin işğal altında olan torpaqlarında ümumxalq tətilinə start verilib. Maide.Az "Felestin.info"-a istinadla xəbər verir ki, İsrail rejiminin milli dövlət qanununa etiraz olaraq işğal altında yaşayan fələstinlilər kütləvi tətilə başlayıblar. şğal altında olan İordan çayının qərb sahili və 1948-ci ildə işğal edilmiş digər Fələstin bölgələrində əhali dükan və obyektləri bağlayıb, hökumət və maliyyə qurumları fəaliyyətini dondurub, biznes mərkəzləri, məktəblər və universitetlər tətilə çıxıb. İctimai və fərdi nəqliyyat sahibləri də ümumxalq tətilinə qoşulublar. 1948-ci ildə işğal edilmiş bölgələrdə fəaliyyət göstərən Ərəb Ali Komitəsi, həmçinin işğal altında olan bölgələrdəki bütün Fələstin fraksiyaları İsrailin milli dövlət qanuna etiraz olaraq kütləvi aksiyaya dəstək olublar. Hazırda tətillə əlaqədar bütün Fələstinin ictimai həyatında sükut və səssizlik hökm sürür. Bildirək ki, işğalçı İsrail parlamenti (Knesset) bu il iyulun 19-da yerli və beynəlxalq etirazlara baxmayaraq irqçiliyə əsaslanan milli dövlət barədə qanunu qəbul edib. Qanuna əsasən İsrail "yəhudi dövləti" elan edilib və bununla da, fələstinlilərin bu torpaqlarda tarixi mövcudluqları və haqları rədd edilib. Teqlər : #Fələstinə sükut çöküb,#ümumxalq tətilinə start verilib (FOTO), Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İsrail əsgərləri `Reuters` agentliyinin jurnalistini vurdular Fələstinin işğal olunmuş ərazisində ikinci İntifadanın 18-ci ili münasibətilə mitinq keçirildi
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar