Fələstinin işğal olunmuş ərazisində ikinci İntifadanın 18-ci ili münasibətilə mitinq keçirildi

Fələstinin işğal olunmuş ərazisində ikinci İntifadanın 18-ci ili münasibətilə mitinq keçirildi

Fələstinin işğal olunmuş ərazilərində yüzlərlə fələstinli 2000-ci ildə baş verən İkinci İntifadanın (Əqsa İntifadası) 18-ci ili münasibətilə aksiya keçirib.

Maide.Az "eastnews"a istinadla xəbər verir ki, Fələstinin işğal olunmuş ərazilərində Ərəb Vətəndaşları Monitorinq Ali Komitəsinin dəvəti ilə ölkənin şimalındakı Jatt bölgəsində keçirilən aksiyada işğalçı İsrail rejiminin parlamentindəki ərəb deputatlar, ərəb partiyalar və hərəkat liderləri, üzvləri, yerli hakimiyyət rəhbərləri və həlak olanların yaxınları iştirak edib.

İşğalçı rejimin keçmiş Baş naziri Ariel Şaronun 2000-ci ilin sentyabrında yüzlərlə mühafizəçisiylə Əqsa məscidinə girməsi zamanı həlak olanların şəkillərinin yer aldığı plakatlar daşıyan nümayişçilər onların xatirəsinə şüarlar səsləndiriblər.

İsrailin irqçi "Yəhudi millət dövləti qanunu"na qarşı başladılan ümumi tətil və nümayişlərlə paralel keçirilən aksiyada Fələstin bayrağıyla yanaşı, sözügedən qanun və əsrin müqaviləsi layihəsi əleyhinə plakatlar daşınaraq, Qüds və Əqsanın azadlığına dair şüarlar səsləndirilib. 

Google+ WhatsApp ok.ru