Fələstin BMT-nin tamhüquqlu üzvlüyü uğrunda siyasi mübarizəyə başlayacaq 17 Yanvar 2019 15:05 Fələstin Fələstin BMT-nin tamhüquqlu üzvü olmaq üçün müraciət kampaniyasına start verəcək. Maide.Az "Felestin.info"-a istinadla xəbər verir ki, bu barədə Fələstin Milli Hökumətinin xarici işlər naziri Riyad əl-Maliki jurnalistlərə açıqlamasında deyib. Nazirin sözlərinə görə, ABŞ Fələstinin BMT-yə üzvlüyü ilə bağlı hər hansı təşəbbüsünü veto edəcəyini bildirsə də, prosedur davam etdiriləcək: "Biz bilirik ki, ABŞ-ın vetosu ilə üzləşəcəyik, lakin bu bizim müraciət hüququmuzdan istifadəmizin qarşısını ala bilməyəcək". O qeyd edib ki, Fələstin tərəfi gələn həftələrdən başlayaraq BMT Təhlükəsizlik Şurasının üzv dövlətlərilə lobbiçilik danışıqlarına başlayacaq. Bildirək ki, Fələstin bundan əvvəl də tamhüquqlu üzvlük üçün BMT-yə rəsmi müraciət edib. Lakin 2011-ci ildəki müraciət bugünədək Təhlükəsizlik Şurasının iclasına çıxarılmayıb. Buna baxmayaraq həmin müraciət əsasında Fələstinin BMT-dəki statusu qeyri-üzv müşahidəçi quruluş formatından qeyri-üzv müşahidəçi dövlət statusuna yüksəldilib. O vaxtdan bəri Fələstin dövləti bir çox suveren hüquqlara yiyələnərək 50-dən artıq beynəlxalq təşkilatın üzvlüyünə qəbul edilib və beynəlxalq müqavilələrə qoşulub. Teqlər : #Fələstin,#BMTnin,#tamhüquqlu,#üzvlüyü,#uğrunda,#siyasi,#mübarizəyə,#başlayacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Xəbərdarlıq: Qəzzada 340 min nəfərə xidmət edən xəstəxana təhlükə altındadır Qüdsdə son 4 ildə ilk dəfə qar yağıb
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar