Fələstinin yeni hökumət başçısı bəlli oldu

Fələstinin yeni hökumət başçısı bəlli oldu

Fələstində Rami əl-Hamdallahın istefasından sonra boşalan baş nazirlik vəzifəsinin yeni sahibi bəlli olub.
 
Maide.Az "faktxeber"a istinadla verdiyi məlumata görə, Fələstin prezidenti Mahmud Abbas Fəth Hərəmkatı Mərkəzi Şurasının üzvü  Muhəmməd İştiyyəni hökumət qurmaqla vəzifələndirib.
 
Qeyd edək ki, yanvarın 29-da Fəth Hərəkatı Mərkəzi Komitəsinin yeni hökumətin qurulması yönündə tövsiyəsindən sonra Rami əl-Həmdallah istefasını prezidentə təqdim etmişdi. O, cəmi 8 gün hökumətin başında olmuşdu.
 

Google+ WhatsApp ok.ru