Fərdi evlərin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlanır

Fərdi evlərin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlanır

Hazırda Əmlak Məsələləri Dövlət Komitəsi özbaşına və sənədsiz inşa edilmiş tikililərin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlayır. Yaxın zamanlarda həmin konsepsiya Prezident Administrasiyasına təqdim ediləcək.
 
Bu açıqlamanı martın 14-də Əmlak Məsələləri Dövlət Komitəsi yayıb.
 
Bununla bağlı Prezident Administrasiyasından tapşırıq gəldiyi qeyd olunur.
 
Komitə bildirir ki, bir çox hallarda vətəndaşlar kənd təsərrüfatı təyinatlı torpaqlarda, mühafizə zolaqlarında yaşayış və ya qeyri-yaşayış binaları inşa edirlər, buna görə də onların qeydiyyatı qanunvericiliklə mümkün olmur.
 
Xatırlatma
 
Bakı və ətraf kəndlərində özbaşına, sənədsiz inşa edilən fərdi evlərin sənədləşdirilməsi məsələsi 2011-ci ildə də gündəmə gəlmişdi.
 
Ölkə başçısı İlham Əliyev 2011-ci il martın 9-da keçirdiyi müşavirədə Bakı və Bakıətrafı ərazilərdə sənədsiz evlərin sənədləşdirilməsinə dair mexanizmin hazırlanması barədə şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova tapşırıq vermişdi. Amma sonrakı illər bu məsələdə elə bir yenilik olmadı. /azadliq.org /
 

Google+ WhatsApp ok.ru