Fələstinlilərin 62 faizi Qəzza böhranına görə Mahmud Abbası və İsrail rejimini günahkar bilir - SORĞU

Fələstinlilərin 62 faizi Qəzza böhranına görə Mahmud Abbası və İsrail rejimini günahkar bilir - SORĞU


Fələstin ərazilərində keçirilmiş rəy sorğusuna əsasən Qəzza əhalisinin 62 faizi inanır ki, blokada altındakı bölgədə yaşanmaqda olan böhrana görə Fələstin Milli Hökuməti və İsrail rejimi günahkardır.

Maide.Az "Felestin.info"-a istinadla xəbər verir ki, sorğu Fələstin Siyasət və Tədqiqat Mərkəzi tərəfindən İordan çayının qərb sahili və Qəzza zolağında keçirilib. Məlum olub ki, prezident Mahmud Abbasın reytinqi bütün fələstinlilər arasında kəskin şəkildə aşağı düşüb.

"Fəth" iqtidarının nəzarətində olan İordan çayının qərb sahilində yaşayan fələstinlilərin 65 faizi hökuməti tənqid etməyə ixtiyarları olmadığını etiraf edib. Yalnız 32 faiz sakin qorxmadan Mahmud Abbas hökumətini tənqid edə bildiklərini bildirib. Qəzza əhalisinin isə 64 faizi hökuməti tənqid etməkdən qorxmadıqlarını irəli sürüb.

Ümumilikdə Fələstin ictimaiyyətinin 47 faizi "Fəth" hökumətinin onlar üçün artıq yükə çevrildiyini, 58 faiz isə Mahmud Abbasın siyasətlərini rədd etdiklərini ifadə ediblər. Sonuncuların fikrincə, HƏMAS Qəzza zolağını Mahmud Abbas hökumətinə təhvil verməməlidir.

Respondentlərin 82 faizi Fələstin hökumətinin Qəzzaya qarşı tətbiq etdiyi sanksiyaları ləğv etməyi, Qəzza əhalisinin əmək haqlarını və elektrik enerjisi təminatını bərpa etməyi tələb edib.

Həmçinin məlum olub ki, fələstinlilərin 54 faizi parlamentin buraxılmasından narazıdır, 53 faizi isə Mahmud Abbas hökumətinin bu qərarını qanunsuz və konstitusiyaya zidd hesab edib.

Sorğuda iştirak edənlərin 60 faizi Mahmud Abbasın istefasını arzulayıb, 35 faiz isə onun vəzifəsini davam etdirməsini istəyib.

Soruğunun nəticələrinə əsasən, ümumxalq seçkiləri keçiriləcəyi təqdirdə əhalinin 39 faizi HƏMAS-a, 32 faizi isə "Fəth"ə səs verəcək. Qəzza sakinlərinin 51 faizi İsmail Həniyyəyə, 47 faizi isə Mahmud Abbasa səs verəcək.

Rəy sorğusu aşkar edib ki, fələstinlilərin 71 faizi bütün fələstinli müqavimət döyüşçülərinin rəsmi müdafiə qüvvələrilə çiyin-çiyinə mübarizə aparmasını dəstəkləyib.

Bu arada əhalinin 78 faizi inanır ki, Fələstin Milli Hökuməti heç bir şəraitdə və halda İsrail ordusu ilə təhlükəsizlik işləri üzrə əməkdaşlıq etməməlidir.

Google+ WhatsApp ok.ru