Fələstinli rəssam Qəzzada dağıdılmış binanı sərgiyə çevirib (FOTO) 25 Aprel 2019 13:27 Fələstin Fələstinli rəssam Əli əl-Cibəli İsrailin 2014-cü ilin iyulunda təşkil etdiyi hücumda ziyan görən binanın divarlarını sərgiyə çevirib. Maide.Az "Felestin.info"-a istinadla xəbər verir ki, Cibəli Qəzzadakı fələstinlilərin məruz qaldığı çətinlikləri ifadə etmək məqsədilə şəhərin qərbindəki ən-Nəsr məhəlləsində yerləşən binanın dağılmış divarlarını sərgi sahəsi kimi istifadə edir. O, bu qeyri-adi sərgisini "Çınqıllar Arasında Xəyalpərəstlər" adlandırıb. Sərgidə 10 əsəri olduğunu deyən Cibəli "Bu rəsmlər İsrailin davamlı hücumlarını və çətin həyat şəraiti nəticəsində bölgə sakinlərinin məruz qaldığı iztirabları ifadə edir", - deyib. Cibəli sərgiylə Qəzza əhalisinin yaşadığı sıxıntıların mahiyyətinin başa düşülməsi üçün dünyaya və beynəlxalq ictimaiyyətə verilən mesaja töhfə verməyi arzuladığını dilə gətirib. İsrail rejimi 2006-cı ildən bu yana Qəzza zolağını quru, dəniz və havadan blokadada saxlayır. Qəzza zolağında yaşayan təxminən 2 milyon fələstinli illərdir davam edən blokada və İsrailin 2008, 2012 son olaraq da 2014-ci ildə etdiyi genişmiqyaslı hücumlar səbəbiylə çətin şəraitdə yaşayır. İsrailin yaşayış məntəqələrini hədəfə alan hücumlarının arxasında yüzlərlə ölü və yaralı ilə tamamilə və ya qismən dağıdılmış minlərlə bina qalır. Teqlər : #Fələstinli,#rəssam,#Qəzzada,#dağıdılmış,#binanı,#sərgiyə,#çevirib,#(FOTO), Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru 22 mindən çox yəhudi miqrant əl-Xəlil şəhərinə basqın edib Yəhudilər fələstinliləri öldürmək üçün su quyusuna zəhər atıb
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar