Fələstinli müqavimət qrupları: 'Meydanı tərk etməmişik, əllərimiz tətikdədir'

Fələstinli müqavimət qrupları: 'Meydanı tərk etməmişik, əllərimiz tətikdədir'

Fələstinli müqavimət qrupları İsrail rejiminə müqavimətin səbrini sınamağa çalışmaması istiqamətində xəbərdarlıq edərək, müqavimətçilərin meydanı tərk etmədiklərini və əllərinin hələ də tətikdə olduğunu bildirib.

Maide.Az "Felestin.info"a istinadla xəbər verir ki, müqavimət qrupları dünən günorta saatlarında Qəzza şəhərində təşkil etdikləri ortaq mətbuat konfransında İsrail ordusunun son hücumları zamanı verilən şəhidlərə, bombardmana və dağılan evlərə baxmayaraq, səbr edən Fələstin xalqını salamlayıb.

Birgə əməliyyat qərargahının birlikdə müqavimət nümunəsi halına gəldiyini və İsrail qüvvələrinə qaydalarını qəbul etdirdiyini vurğulayan müqavimət qrupları milli məsələlərin hamısında oxşar işlərin görülməsini istəyib.

Fələstinli müqavimət qrupları İsrail rejiminin müqavilələrə riayət etməsinin təmin edilməli olduğunu bildirib.

Fələstinlilərdən olduqları yerlərdə "Böyük Fəlakət"in (Nəkbə) 71-ci ildönümünü qeyd etmələrini istəyən müqavimət qrupları qəzzalılara da "Böyük Qayıdış Yürüşü" aksiyalarına qoşulmaq çağırışı edib.

Müqavimət qrupları İordan çayının qərb sahili və Qüds ilə 1948-ci ildə işğal edilən torpaqlarda yaşayan fələstinliləri təmas nöqtələrində İsrail qüvvələriylə toqquşmağa çağırıb.

"Əsrin Müqaviləsi" adlı layihəni rədd etdiklərini bir daha vurğulayan müqavimət qrupları Fələstin mübarizəsinin İslam ümmətinin əsas mübarizəsi olduğunu xatırladıb.

Müqavimət qrupları İslam ümmətinin ilk müdafiə xəttini təşkil edən Fələstin xalqının müqavimətini dəstəkləmə məsuliyyəti daşıdığını da diqqətə çatdırıb.

Google+ WhatsApp ok.ru