Fəhlələr Səudiyyə rejiminə silah aparan gəmiyə yük vurmaqdan imtina etdi

Fəhlələr Səudiyyə rejiminə silah aparan gəmiyə yük vurmaqdan imtina etdi

İtaliyada liman işçiləri Yəmən müharibəsi üçün Səudiyyə rejiminə silah daşıyan gəmiyə yük vurmaqdan imtina ediblər.
 
Maide.Az "deyerler.org"-a istinadən xəbər verir ki, İtaliya həmkarlar təşkilatları Səudiyyə rejiminin Yəmənə hücumlarına etiraz etmək üçün belə bir addım atıblar.
 
Liman işçilərinin Səudiyyə rejiminin gəmisinin Genuyadakı limanı tərk etməsi tələbiylə tətil etdiyi məlum olub.
 
Mayın 21-i İtaliyaya gələn Səudiyyə rejiminin Bahri-Yanbu gəmisinin Genuya limanındakı yükü fəhlələrin mane olması nəticəsində gec götürə bildiyi qeyd olunub. Gəminin limana yanaşmasına tamamilə mane olmaq üçün edilən təşəbbüs uğursuzluqla nəticələnsə də, gəmi limanda etirazlarla qarşılanıb.
 
Fəhlələrə yüklərin Yəməndəki dinc əhaliyə qarşı istifadə olunacağından qorxduqları üçün gəmiyə yüklənməsinə qarşı çıxan insan haqları təşkilatları da dəstək veriblər. Aksiyada müharibə və silah ticarəti əleyhinə plakatlar qaldırılıb.
 
Rassegna.it-in xəbərinə əsasən, İtaliya Əsas Biznes Konfederasiyasının (CGİL) Nəqliyyat İşçiləri Federasiyasının (FİLT) Genuya şöbəsinin baş katibi bu aksiyanı qələbə kimi qiymətləndirərək, belə deyib: “Etdiklərimizin bir xalqın hər gün öldürüldüyü böyük bir problemə kiçik bir töhfə olduğunu bilirik”.
 
Etiraz aksiyasında “Limanlar müharibəyə bağlı, miqrantlara isə açıqdır”, “Yəməndə baş verən cinayətlərə şəri olmaq istəmirik” plakatları da asılıb.
 
Etirazlar nəticəsində, liman rəsmiləri etirazçıların hərbi məqsədlərlə istifadə olunacağını düşündükləri generatorların gəmiyə yüklənməyəcəyini, ancaq bəzi mühüm olmayan yüklərin göyərəyə alınacağını bildiriblər.
 
Xəbərə əsasən, gəmi keçən ay Belçikanın Antverpen limanında silahlarla doldurulmuşdu. Ancaq Fransanın La Hevre limanında əlavə silah yükləməsi isə, insan haqları müdafiəçilərinin etirazları nəticəsində mümkün olmamışdır.

Google+ WhatsApp ok.ru