Fələstinlilər ‘Əsrin müqaviləsi’nə etiraz üçün böyük xalq yürüşünə hazırlaşır

Fələstinlilər ‘Əsrin müqaviləsi’nə etiraz üçün böyük xalq yürüşünə hazırlaşır

Fələstin xalqı yaxın günlərdə Bəhreyndəki Fələstin əleyhinə konfransa və ABŞ-ın təqdim etdiyi "Əsrin müqaviləsi"nə etiraz etmək üçün kütləvi nümayişlər təşkil etməyi planlaşdırır.
 
Maide.Az "Felestin.info"-a istinadla xəbər verir ki, böyük xalq yürüşlərinin iyun ayının 25-26-da keçiriləcək Bəhreyn konfransı zamanı təşkil olunması planlaşdırılıb.
 
Fələstinin Azadlıq Təşkilatı, qeyri-hökumət təşkilatları və müstəqil fələstinli qruplar ABŞ Prezidenti Donald Trampın "Əsrin müqaviləsi" layihəsinə və Bəhreyn konfransına etiraz nümayişlərində iştirak etmək üçün əhalini mitinqə çağırıb.
 
ABŞ Prezidenti Donald Tramp İsrail-Fələstin münaqişəsinin həlli üçün “Əsrin müqaviləsi” layihəsini irəli sürüb. Səudiyyə Ərəbistanı, BƏƏ və Misirin dəstəklədiyi layihənin şərtlərinə görə, Fələstin tamamilə Qüdsdən əl çəkməlidir. Müqavilə layihəsində, həmçinin fələstinlilərin əleyhinə bir sıra müddəlar də qeyd olunub.
 

Google+ WhatsApp ok.ru