Fələstinli gənclər HƏMAS liderinə dəstək kampaniyası başladıb

Fələstinli gənclər HƏMAS liderinə dəstək kampaniyası başladıb

İşğalçı İsrail rejimi mediasının İslami Müqavimət Hərəkatı (HƏMAS) liderlərindən Şeyx Həsən Yusifi hədəfə almasından sonra fələstinli fəallar ona dəstək kampaniyası başladıb.
 
Maide.Az "Felestin.info"-a istinadla xəbər verir ki, İsrail mediası Şeyx Həsən Yusifin oğlu Suheybin işğalçı rejim kəşfiyyatı üçün çalışdığını irəli sürüb. Həyatının çoxunu İsrail rejimi həbsxanalarında keçirən Yusif 2010-ci ildə işğalçı rejim kəşfiyyatı hesabına işləməyə başlayan oğlu Musabı övladlıqdan rədd edib.
 
Fələstinli fəallar "Hamımız sənin övladınıq" həştəqiylə başladılan kampaniya vasitəsilə hələ də işğalçı rejim həbsxanalarında saxlanılan Şeyx Həsən Yusifə dəstək olub.
 
HƏMAS liderinin başına gələnləri hər bir fələstinlinin yaşaya biləcəyini qeyd edən fəallar işğalçıların Şeyx Həsən Yusifin iradəsini qırmağa çalışdıqlarını söyləyib.
 
Bu arada fələstinli gənclər Şeyx Həsən Yusifə dəstək üçün Ramallahın Beytunya bölgəsindəki evi qarşısında mitinqə çağırış edib.
 
Fələstinli gənclər social şəbəkələr vasitəsilə etdikləri çağırışlarda işğalçıların əməli və psixoloji təzyiqlərinə məruz qalan Şeyx Həsən Yusifin yanında olduqlarını vurğulayıblar.

Google+ WhatsApp ok.ru