Fələstin səfirliyi ‘Əsrin sövdələşməsi’ni qondarma sənəd hesab edir 29 Yanvar 2020 16:13 Fələstin Fələstin Dövlətinin Azərbaycandakı səfirliyi ABŞ-ın “Əsrin sövdələşməsi” sənədi ilə bağlı açıqlama yayıb. Maide.Az xəbər verir ki, səfirlikdən APA-ya daxil olan açıqlamada bildirilir ki, dünən ABŞ Prezidenti və İşğalçı İsrail rejminin Baş nazirinin iştirakı ilə beynəlxalq hüquqa, BMT Baş Assambleyası, Təhlükəsizlik Şurası, Beynəlxalq Ədalət Məhkəməsinin qəbul etdiyi 160-dan çox qətnaməyə açıq-aşkar zidd olan “Əsrin sövdələşməsi” adlı qondarma sənəd təqdim olunub. Açıqlamada qeyd olunur ki, sənəd işğalçı rejimin siyasi spektrindəki ultra sağ qüvvələrdən ibarət koalisiyasının ideoloqları və Netanyahunun təxəyyülünün məhsuludur, ABŞ-ın hazırkı prezidentinin administrasiyası isə bu sənədin qəbulunu daha da təşviq edib. Səfirlik bəyan edir ki, sözügedən sənəddə Fələstinin tarixi torpaqlarında qeyri-qanuni fəaliyyətin davam etdiriləcəyi ehtiva olunur. Açıqlama Fələstin lideri Mahmud Abbasın sitatı ilə yekunlaşır: “Mən Trampa və Netanyahuya demək istəyirəm. Qüds satılmır, bizim bütün hüquqlarımız satılmır. Sizin sazişiniz və konspirasiyanız keçməyəcək”. Teqlər : #Fələstin,#səfirliyi,#‘Əsrin,#sövdələşməsi’ni,#qondarma,#sənəd,#hesab,#edir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru AİP ABŞ-ın Qüdslə bağlı qərarına etiraz bəyanatı yaydı ABŞ-ın mənfur ‘Əsrin müqaviləsi’ planına qarşı Qəzzada etiraz - FOTO
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar