Fələstinlilərə Əqsa məscidinə görə çağırış edildi

Fələstinlilərə Əqsa məscidinə görə çağırış edildi

Fələstinin "İslami Cihad" hərəkatı Əqsa məscidi ilə bağlı bəyanatla çıxış edib.

 
Hərəkat bəyanatında vurğulayıb ki, fələstinlilərin hər biri Əqsa məscidini İsrail rejimindən qorumaq üçün birləşməlidirlər.
 
"İsrail rejimi bu gün Əqsa məscidini dağıtmaq istəyir. Bunun qarşısını ancaq fələstinlilərin birliyi ala bilər. Bütün siyasi çəkişmələri kənara qoyub birləşmək lazımdır", - deyə bəyanatda diqqətə çatdırılıb.
 
Bundan əlavə Əqsa məscidində toplaşa bilməyən fələstinlilərin əl-Xəlil şəhərindəki həzrət İbrahim məscidinə getmələri çağırışı da edilib.

Google+ WhatsApp ok.ru