Fələstin Statistika İnstitutu: Torpaqlarımızın 85 faizindən çoxu işğalçı rejimin nəzarətindədir

Fələstin Statistika İnstitutu: Torpaqlarımızın 85 faizindən çoxu işğalçı rejimin nəzarətindədir

Sionist rejim Fələstin torpaqlarında 50.000 evi tamamilə, 100.000 evi isə qismən dağıdıb

Fələstin Mərkəzi Statistika İnstitutu Yer gününün 44-cü ildönümü münasibətilə 1948-ci ildən bəri İsrail rejimin Fələstin torpaqlarının 85 faizindən çoxunu işğal etdiyini açıqlayıb.
 
Maide.Az xəbər verir ki, "Əl-Qüds əl-Arabi" qəzetinin xəbərinə görə, Fələstin Mərkəzi Statistika İnstitutu tərəfindən hazırlanan hesabatda göstərilir ki, İordan çayının Qərb sahilində 2018-ci ilin sonunda sionist yaşayış məntəqələrinin sayı 448-ə, məskunlaşanların sayı isə 671-ə çatıb.
 
Bu hesabata görə, Qərb sahilində yaşayan hər yüz fələstinliyə qarşı 23 sionist məskunlaşma yeri, Qüds əyalətində isə hər yüz fələstinliyə qarşı 70 sionist köçkün var.
 
Hesabatda həmçinin göstərilir ki, 2019-cu ildə Qərb sahilində məskunlaşma fəaliyyətləri sürətlə artıb və işğalçı rejim bu bölgədə 8.457 yeni qəsəbə və 13 sionist mərkəzi inşa edib.
 
Hesabatı davam etdirən Fələstin Mərkəzi Statistika İnstitutu sionist rejimin hazırda Fələstin ərazisinin 85 faizindən çoxuna nəzarət etdiyini, halbuki, 1948-ci ilin sonunda İngilis əsarətinin başa çatmasından sonra 6.2 faiz Fələstin ərazisini işğal edərək sionist rejim qurulduğunu vurğulayır.
 
Bundan əlavə, Qərb sahilinin torpaqlarının 18 faizi sionist rejim tərəfindən hərbi bazalar və təlim mərkəzləri üçün, irqçi divarın inşası üçün isə Qərb sahilinin 10 faizindən çoxu ələ keçirilib.
 
Bu hesabata görə, 1967-ci ildən bəri sionist rejim Fələstin torpaqlarında 50.000 evi tamamilə, 100.000 evi isə qismən dağıdıb. Son 10 ildə 110 mindən çox fələstinli işğal altındakı Fələstin ərazilərində evlərini tərk etmək məcburiyyətində qalıblar. 
 
Bundan əlavə, 1948-ci ildən bəri Fələstində şəhid olan fələstinlilərin sayı 100 minə çatıb. 2014-cü il fələstinlilər üçün ən qanlı il olub və 2220 şəhid verilib. 2019-cu ildə 29 uşaq və 9 qadın da daxil olmaqla 151 fələstinli şəhid edilib.
 
2019-cu ilin sonuna olan məlumata görə, işğalçı rejimin zindanlarında olan fələstinli məhbusların sayı 5 min nəfərə çatıb.
 
İşğalçı rejim 2019-cu ildə 889-u uşaq, 128-i qadın olmaqla 5.500 fələstinlini həbs edib.
 
Xatırladaq ki,  İsrail rejimi martın 30-da Əl-Cəlil şəhərində minlərlə hektar Fələstin torpağını ələ keçiriblər. Bu cinayətin ardınca Fələstin xalqı aclıq aksiyalarına başlayıb və etiraz nümayişləri keçiriblər. Bu aksiyalar zamanı fələstinlilərlə rejim əsgərləri arasında şiddətli qarşıdurmalar yaranıb. Toqquşmalarda işğalçı əsgərlər 6 fələstinlini hədəf alaraq öldürüb, minlərlə fələstinli yaralanıb.
 
Bu hadisə hər il 30 mart tarixində Yer günündə kimi qeyd olunur. Fələstinlilər hər il 30 Mart şəhidini rəhmətlə anırlar və İsrail əleyhinə nümayişlər təşkil edirlər.
 

 

Google+ WhatsApp ok.ru