Fələstində fövqəladə vəziyyət və karantin müddəti iyunun 5-ə qədər uzadılıb

Fələstində fövqəladə vəziyyət və karantin müddəti iyunun 5-ə qədər uzadılıb

Koronavirus pandemiyasına qarşı tədbirlərin həyata keçirilməsi məqsədilə Fələstində karantin müddəti daha bir ay uzadılıb.

 
 Fələstinin rəsmi xəbər agentliyi VƏFA xəbər verir ki, bu barədə muxtariyyətin lideri Mahmud Abbas göstəriş verib.
 
Qoşulmama Hərəkatının videokonfransı çərçivəsində çıxışı zamanı Mahmud Abbas bildirib ki, Fələstin ərazilərində fövqəladə vəziyyətin müddəti daha bir ay uzadılıb.
 
“Koronavirus fələstinlilərə daha ağır keçir. İşğalçı İsrail rejimi işğal edilən ərazilərdə yeni massivlər salır, minlərlə əsir və məhbusu nəzarətdə saxlayır, koronavirus pandemiyası qarşısında təhlükədə qalan məhbuslarımız var və bizə də işğalda saxladığı Şərqi-Qüdsdə öz əhalimizi qorumağa və onlara dəstək olmağa imkan vermir”, deyə Mahmud Abbas koronavirus dönəmində Fələstin xalqının üzləşdiyi problemlərdən söz açıb.
 
Qeyd edək ki, aprelin üçü Fələstin bir aylıq fövqəladə vəziyyət elan etmişdi. Fələstinlə Covid-19 virusuna yoluxanların sayı 500-ü keçib./SalamNews/

Google+ WhatsApp ok.ru