Fələstinli hərəkatların növbəti  görüşü Qətərdə keçiriləcək

Fələstinli hərəkatların növbəti görüşü Qətərdə keçiriləcək

 Fəth və HƏMAS-ın İstanbuldakı danışıqlarında irəliləyiş əldə edildikdən sonra tərəflər Dohada bir araya gəlməyə razılıq veriblər.
 
Maide.Az Əlcəzirəyə istinadla xəbər verir ki, fələstinli hərəkatlar cari və gələn ayda Qətərin paytaxtı Dohada bir araya gələrək milli saziş anlaşmasını imzalyacaqlar.
 
Qeyd edək ki, HƏMAS və Fəth hərəkatları İstanbul toplantısında yaxın aylar ərzində parlament seçkilərinin keçirilməsilə bağlı razılığa gəliblər.
 
Bu parlament seçkiləri 6 ay ərzində baş tutmalıdır. Danışıqlardakı müzakirəçilərin verdiyi məlumata görə, altı ay ərzində həmçinin “Milli Birlik Hökuməti”nin formalaşdırılması da planlaşdırılıb.

Google+ WhatsApp ok.ru