Fələstinli əsirlərə görə İsrailə xəbərdarlıq edildi

Fələstinli əsirlərə görə İsrailə xəbərdarlıq edildi

"Fələstinin Azadlığı Uğrunda Xalq Hərəkatı" adlı təşkilat 30 fələstinli əsirin aclıq aksiyasına başlamasından sonra bəyanat yayıb. 

 Bəyanatda vurğulanıb ki, sözügedən fələstinli əsirlərə qarşı İsrail rejimi hansısa təzyiq göstərərsə bu Fələstin xalqına müharibə elanı mənasını daşıyacaq. 

 "Fələstinli əsirlər işğalçı İsrail rejiminin cinayətlərinin qurbanıdırlar. Onlara qarşı atılacaq hər mənfi addıma tərəfimizdən adekvat cavablar veriləcək", - deyə bəyanatda diqqətə çatdırılıb. 

 Qeyd olunub ki, fələstinli əsirlər tezliklə qeydsiz və şərtsiz olaraq azadlığa buraxılmalıdırlar. /eastnews.org/ 

Google+ WhatsApp ok.ru