Fələstin qrupları: ABŞ-ın Fələstinə qarşı düşmənçiliyi dəyişməyəcək

Fələstin qrupları: ABŞ-ın Fələstinə qarşı düşmənçiliyi dəyişməyəcək

Fələstin qrupları Co Baydenin Fələstin məsələsinə qarşı ABŞ-ın düşmən münasibətini dəyişdirməyəcəyini söyləyib.
 
Fələstinin Qurtuluş Xalq Cəbhəsi, ABŞ-ın yeni prezidenti Co Baydenin siyasətinin əvvəlki hökumətin sionizmə dəstək siyasətinin davamı olaraq gördüyünü söyləyib və açıqlamada Fələstin qruplarını danışıqlar üçün geri qaytarmaq cəhdlərində, ABŞ rəhbərliyini istənilən aldadıcı vədlərindən xəbərdar edib.
 
 Fələstin Mücahidləri hərəkatı həm Trampın, həm də Baydenin sionist rejimin maraqları naminə çalışdıqlarını vurğulayaraq, bir-birilərini əvəz edərək ABŞ hökumətlərinin eyni siyasətə sadiq qaldıqlarını əlavə edib. Fələstin Milli Təşəbbüs Hərəkatının baş katibi Mustafa əl-Barquti Trampı ABŞ-ın ən pis prezidenti adlandıraraq, Fələstin xalqına qarşı ağır cinayətlər törətməkdə ittiham edib.
 
Bundan əvvəl HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə, keçmiş HƏMAS lideri Xalid Məşəl, Mücahidlər hərəkatları, Fələstin Xalqının Müqavimət Komitələri və bir sıra Fələstin rəsmiləri Co Baydenin Fələstin mövzusunda siyasətinin əvvəlki ABŞ prezidentlərinin siyasətinin davamı olacağını təxmin edib. /deyerler.org/ 
 

Google+ WhatsApp ok.ru