Fələstində İsrailin qanunsuz məskunlaşma fəaliyyətlərinə etiraz

Fələstində İsrailin qanunsuz məskunlaşma fəaliyyətlərinə etiraz

Türkiyə Xarici İşlər Nazirliyi İsrail rejiminin Fələstində qanunsuz məskunlaşma fəaliyyətlərinə cavab olaraq, Fələstin torpağının Fələstin xalqına məxsus olduğunu bir daha xatırladıb. 

 Nazirliyinin açıqlamasında "Bu gün Fələstin dövlətinin qurulmasının 32-ci ildönümünü qeyd edirik, beynəlxalq birliyin iki dövlətli həll baxışını dəstəkləyirik. Bütün üzvləri İsrailin təcavüzkar hərəkətlərinə qarşı çıxmağa dəvət edirik", - deyə bildirilib.

Türkiyə Xarici İşlər Nazirliyin verdiyi açıqlamada qeyd olunub ki, bundan əvvəl Şərqi Qüdsdə 108 əlavə qanunsuz yaşayış məskəninin inşasını təsdiqləyən İsrail rejimi bu dəfə Şərqi Qüds yaxınlığında yeni 1257 qanunsuz yaşayış məskəninin salınması qərarı ilə beynəlxalq hüququ pozmağa və Fələstin xalqının hüquqlarını qəsb etməyə davam edir. 

 Açıqlamada İsrailin Şərqi Qüds və İordan çayının qərb sahili arasında əlavə qanunsuz məskunlaşma yerləri quraraq, coğrafi bütövlüyü olan müstəqil və suveren bir Fələstin dövlətinin qurulmasının qarşısını almağa çalışdığı ifadə edilib. /eastnews.org/ 

Google+ WhatsApp ok.ru