Fələstin Muxtariyyəti dörd Avropa ölkəsinin səfrini XİN-ə çağırıb

Fələstin Muxtariyyəti dörd Avropa ölkəsinin səfrini XİN-ə çağırıb

Fələstin Muxtariyyəti Britaniya, Çexiya, Avstriya və Bolqarıstanın səfirlərini Ramallah şəhərində XİN-ə çağırıb.
 
Bu barədə Fələstin Media Mərkəzinin saytı Palinfo.com-a istinadla xəbər verir.
 
Bildirilib ki, Fələstin Muxtariyyəti Qəzza müharibəsilə bağlı BMT-nin keçirdiyi səsvermədə İsrailin lehinə səs verdiklərinə görə, Britaniya, Çexiya, Avstriya və Bolqarıstanın səfirlərini Ramallah şəhərində XİN-ə çağırıb.
 
Qeyd edək ki, BMT-nin İnsan Hüquqları Şurası Qəzza müharibəsində insan hüquqlarının tapdalanması ilə bağlı araşdırmaçı komissiyanın təşkili məsələsini səsverməyə qoyub. ABŞ da daxil olmaqla ümumilikdə 11 ölkə bu qərarın əleyhinə səs versələr də sonda bu təklif qəbul edilib. / SalamNews/ 

Google+ WhatsApp ok.ru