Fələstində 'Uşaq' günü 07 Aprel 2021 12:26 Fələstin Fələstində "Uşaq günü" qeyd olunur. Maide.az xəbər verir ki, 1995-ci ildə 15 yaşlı Əli adlı Fələstinli uşağın Ramallahın şərqində yerləşən Əl -muğayir qəsəbəsində şəhid edilməsindən sonra bu gün təsis olunub. Bundan sonra İsrail zülmünə etiraz əlaməti olaraq aprel ayının 5-i Fələstində "Uşaq günü" elan edilib. Qeyd edək ki, həmin gün Əli dostunun doğum gününə gedən zaman yolda sionist rejimin əsgərləri tərəfindən heç bir əsas olmadan, məzlumcasına şəhadətə yetirilib. Xatırladaq ki, 2000-ci ildən bu yana sionist rejim tərəfindən onlarla uşaq öldürülüb, minlərlə uşağa xəsarət yetirilib. Təkcə cari ildə 230 uşaq həbs olunub ki, hazırda onlardan 140-ı məhbəs həyatı yaşayır. Teqlər : #Fələstində,#'Uşaq',#günü, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İsrail insan haqları təşkilatı: İsrail hərbçiləri 2,1 mindən çox fələstinli uşağı qətlə yetirib Human Rights Watch: Tel-Əvivin Fələstin xalqına təcavüzü müharibə cinayətidir
Yəhudi sionist Beytləhmin şimalında avtobusu fələstinli fəhlələrin üzərinə sürüb, ölən və yaralananlar var