`Facebook` 5 milyard dollar itirdi 20 Mart 2018 02:00 Xəbərlər -- `Facebook` 7%-dən çox ucuzlaşıb "Facebook"un təsisçisi Mark Zukerberqin sərvəti sosial şəbəkə istifadəçilərinə məxsus məlumatların sızması barədə yayılan xəbər səbəbindən 5 milyard dollar azalıb. Publika.az "Forbes"ə istinadən xəbər verir ki, bazar günü keçirilən hərraclar zamanı "Facebook" 7%-dən çox ucuzlaşıb, şirkətin bazar dəyəri isə 37 mlrd. dollar aşağı düşüb. Qalmaqal martın 17-də baş verib. "The New York Times" nəşri yazıb ki, seçkiqabağı kampaniya zamanı "Cambridge Analitica" firması qanunsuz olaraq "Facebook"un 50 milyon istifadəçisinin məlumatlarını əldə edib. Teqlər : #`Facebook` 5 milyard dollar itirdi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bahalıq bir yandan, saxtalıq da o yandan ... Bu ay Yer kürəsində 3 geomaqnit qasırğası gözlənilir