`Facebook`-a görə 500 fələstinli həbsə atılıb - HESABAT

`Facebook`-a görə 500 fələstinli həbsə atılıb - HESABAT

İşğalçı İsrail rejimi sosial şəbəkələrdəki paylaşımlarına görə yüzlərlə fələstinliyə qarşı həbs və təzyiq kampaniyaları aparır.
 
Maide.Az "Felestin.info"-a istinadla xəbər verir ki, Məhkumlar üzrə Fələstin Mərkəzinin son araşdırmasına əsasən, hazırda aralarında qadın, uşaq və parlament üzvləri də olmaqla 500 nəfər fələstinli həbsdə saxlanılır.
 
Mərkəzin təmsilçisi Riyad əl-Əşqarın sözlərinə görə, İsrail rejim rəhbərliyi hələ Qüds intifadasından (2014) bəri sosial mediadakı fəaliyyətlərinə görə, fələstinlilərə qarşı həbs kampaniyaları aparır. Belə ki, İsrail özünün "Kiber bölük" adlı xüsusi qurumunun köməkliyilə fələstinlilərin sosial mediadakı fəaliyyətlərini ciddi şəkildə izləyir, "Facebook"-da fələstinli şəhidləri tərənnüm edən, İsrailin cinayətlərini ifşa edən və müqavimət hərəkatlarını dəstəkləyən hər hansı paylaşımı "terrorçuluq" damğası ilə qara siyahıya salır və təhlükəsizlik qüvvələri həmin şəxslərə qarşı təqib kampaniyasına başlayır.
 
Bu ittihamlarla bugünədən yüzlərlə şəxs həbsə atılıb, bir çoxları ev dustaqlığında saxlanılır və internetdən istifadəsinə qadağa qoyulub.
 
Əl-Əşqar işğalçı rejimin bu addımlarını Beynəlxalq İnsan Hüquqları Bəyannaməsinə və İnsan Hüquqları üzrə Avropa Konvensiyasına zidd adlandıraraq beynəlxalq ictimaiyyəti fələstinlilərin bəsit hüquqlarının müdafiəsinə çağırıb.
 

Google+ WhatsApp ok.ru