Facebook-da CANLI YAYIM etmək mümkün oldu - VİDEO

“Facebook” sosial şəbəkəsi Live – birbaşa videoyayım xidmətini bütün istifadəçiləri üçün əlçatan edib. Bu barədə dünən şirkətin təsisçisi Mark Zukerberq öz səhifəsində bildirib.
 
O vurğulayıb ki, Live-nin sayəsində  video yartamaq və dostlar arasında paylaşmaq mümkündür. Onun sözlərinə görə, yeni xidmət istifadəçilərin sosial şəbəkədə ünsiyyətə girməsi ilə bağlı böyük addımdır: “Live – sənin cibində olan videokameradır. Kimin telefonu varsa, o bütün dünyadan birbaşa yayım edə bilər. Real vaxt rejimində ünsiyyətə girənlər özlərinə bir-birinə daha yaxın hiss edəcəklər”
 
Zukerbeqr özü də  canlı yayım etməyə və istifadəçilərin bütün suallarını cavablandırmağa söz verib.
Xatırladaq ki, 2016-cı ilin mart ayında  Facebook  Live birbaşa videoyayımdan istifadə edəcəkləri halda məşhurlara pul ödəyəcəyinə söz vermişdi. Servisin inkişafında aktyorlar, komiklər, teleulduzlar və məşhur internet-personalar iştirak edir. Layihənin inkişafı üçün  ümumilikdə 100 məşhur cəlb olunub.
 
Qeyd edək ki, Live servisi 2015-ci ilin avqust ayından işə düşüb, ansaq bu xidmətdən yalnız məşhur insanlar istifadə edə bilirdilər. Canlı yayımlara üzvlərin  xəbər lentində baxmaq olurdu.
 
Yeri gəlmişkən, “Twitter” kompaniyası 2015-ci ilin mart ayında Periscope birbaşa vidoyayım  servisini işə salmışdı.faktxeber /
 
 

 

 
 

Live from Facebook HQ for the Live video launch!

Опубликовано Mark Zuckerberg 6 апреля 2016 г.

Google+ WhatsApp ok.ru