Facebook-dan bloqqerlərə xoş xəbər 19 Avqust 2015 01:00 Maraq dünyası Facebook özünün «qeydlər» (notes) bölməsini yeniləyir. Əvvəllər daha uzun mətnləri yazmaq üçün istifadə olunan bölmə yeni dizayn və funksiyalarıyla artıq bir növ bloqa çevrilir. Bölmə fotolar, geniş mətn sətirləri, daha böyük şriftlə istifadəyə veriləcək. Facebook «qeydlər»ə istifadəçiləri işarələmək, həştəq yaratmaq funksiyalarını da əlavə etməyə çalışır. Yazıları istəkdən asılı olaraq, dostlara və ya hər kəsə açıq etmək olacaq. Hazırda sınaq mərhələsində olan bölmə görünüşünə görə məşhur bloq platforması «Medium»a bənzəyir. Yaxın zamanda bölmə yeni dizaynı ilə bütün istifadəçilərdə işlək olacaq.azadliq / Teqlər : #Facebookdan bloqqerlərə xoş xəbər, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru “Windows 10” noutbuk bazarını canlandıra bilməyəcək Azərbaycanda internet trafikin həcmi iki dəfədən çox aşağı düşüb