Facebook pulsuz Wi-Fi tapmaqda kömək edəcək

Facebook pulsuz Wi-Fi tapmaqda kömək edəcək

Business Insider saytı yazır ki, Facebook evdən kənarda olduğunuz vaxtlarda Wi-Fi bağlantısı qurmağınıza kömək edən proqram hazırlayıb.
 
Sosial şəbəkə bildirir ki, özünün "Wi-Fi tap" proqramını genişləndirmək ərəfəsindədir. Bundan əvvəl Facebook-un bu proqramına yalnız bir neçə ölkədə giriş mövcud idi.
 
İndi isə proqram bütün dünya boyunca, həm Android, həm də iOS istifadəçilərinin ixtiyarına veriləcək.
 
"Find Wi-Fi" adlı proqram sizə olduğunuz yerin yaxınlığında müştərilərinə pulsuz Wi-Fi xidməti göstərən biznesləri tapmaqda kömək edəcək və belə obyektəri nümayiş etdirən xəritə verəcək.
 
Bu, siqnalın pis olduğu yerlərdə və siz rabitə xərclərinə qənaət etmək istəyəndə xüsusilə gərəkli proqramdır.
 
Yeganə istisna bundan ibarətdir ki, belə pulsuz Wi-Fi bağlantısı yalnız bu xidməti göstədiklərini özlərinin Facebook səhifələrində elan edən obyektlər vasitəsilə mümkün olacaq.
 
Bu da bildirilir ki, yeni proqramı qəbul etdikdən sonra "Find Wi-Fi" proqramını aplikasiyanın "more" sütunundan yükləyə biləcəksiniz.
 
Bununla belə, ictimai şəbəkələrə bağlanarkən ehtiyatlı olmalısınız. Bu xüsusilə də kafe və restoranlara aiddir.
 
Kafelər adətən mobil telefonları üçün daha yaxşı rabitə istəyənləri cəlb edir, lakin unutmaq olmaz ki, bu obyektlərin təhlükəsizlik standartları o qədər yüksək olmur.(bbc)
 

Google+ WhatsApp ok.ru