(Siz müsəlmanlar) onların (yəhudilərin) sizə (sizin dininizə) iman gətirmələrinə göz dikirsiniz, halbuki, onların bir dəstəsi (onların alimlərinin bəziləri, tarix boyu) Allahın kəlamını eşidir, lakin barəsində düşünüb başa düşdükdən sonra (öz dünyəvi məqsədlərinə görə) onu bilərəkdən (işlərinin çirkinliyini bilə-bilə) təhrif edirdilər. (Bəqərə, 75)

İmam Sadiq (ə) buyurur:
“Dostlarımın (qardaşlarımın) ən yaxşısı eybimi mənə hədiyyə edən kəsdir.”



Facebook və Google haqqınızda nə bilirlər

-- Onlar bu məlumatları nə edəcəklər?

Tarix : 11-04-2018 15:49

Bu həftə Facebook rəhbəri Mark Zuckerberg Konqres qarşısında şirkətin siyasəti və qaydalarına dair ifadə verir. Amerikalılar texnologiya nəhənginin onların haqqında nə qədər məlumat topladığını kütləvi şəkildə öyrənmək istəyirlər.
 
Facebook bildirib ki, şəxsi məlumatları özlərinin icazəsi olmadan «Cambridge Analytica» siyasi konsaltinq şirkətinə ötürülmüş 87 milyon istifadəçini bu həftə məlumatlandırmağa başlayacaq. Facebook bundan başqa istifadəçilərin öz məlumatlarına nəzarət etməsini asanlaşdıracaq bir neçə dəyişiklik edib.
 
Bu və digər dəyişikliklər istifadəçiləri inandıra bilər. Ancaq onlar əksər amerikalıları narahat edən suala cavab tapmağa çalışacaqlar: Google və Facebook kimi iri texnologiya şirkətləri onların hansı şəxsi məlumatlarına sahiblənib və onlar bu məlumatları nə edəcəklər?
 
İnsanların bu suallarına cavab verməkdən ötrü hər iki şirkət istifadəçilərə öz şəxsi məlumatlarını yoxlayaraq sonradan onları silmək imkanı verir.
 
 
Google-un bildikləri bəzilərini təəccübləndirə bilər. «Məkan tarixçəsi» (Location History) funksiyası işə salınırsa, şirkət sizin bir gün əvvəlki velosiped gəzintinizin marşrutundan tutmuş uşaqlarınızla şam yeməyinizi harada yediyinizə qədər hər şeyi bilir.
 
Google sizin axtarış tarixinizi və YouTube tarixinizi qoruyub saxlayır. Hər iki halda nələri axtardığınızı və nələrə baxdığınızı dəqiqliyi ilə bilir.
 
Google-ın əlindəki dataya çıxışı olan bütün app-ləri bilmək istəyirsinizsə, bunu yoxlamağın kəsə və asan üsulu var.
 
Google-in haqqınızda bildiyi hər şeyi tapmaq üçün takeout.google.com və ya myaccount.google.com səhifəsinə daxil olaraq «download all data»nı basmaq lazımdır. «Control your content» (Kontentinə nəzarət et) bölməsində sizə arxiv yaratmaq təklif olunacaq. Google-dan nə zaman istifadə etməyə başladığınızdan asılı olaraq, bu proses bir neçə saat ala bilər.
 
Google bu məlumatları yalnız sizin görə bildiyinizi iddia edir və bütöv kateqoriyalara daxil olan ayrı-ayrı məlumat qruplarını, məsələn, axtarış tarixçəsini silmək imkanı verir. Ancaq şirkət, eyni zamanda, istifadəçilərə xatırladır ki, datanın silinməsi Google məhsul və xidmətlərinin onlara gələcəkdə özəl xidmət göstərmək imkanlarını zəiflədə bilər. Google məhz axtarış tarixçəsi və digər şəxsi məlumatlar əsasında hər istifadəçiyə özəl xidmət göstərir.
 
 
Sosial media nəhəngi bu yaxınlarda «Settings» bölməsinə «Öz məlumatlarına çıxış» (Accessing Your Information) adlı yeni kateqoriya daxil edib. Bu funksiyanın köməyi ilə istifadəçi öz məlumatlarını asanlıqla kompüterinə və ya digər cihazına endirə bilər. Endirilən məlumatlar arasında paylaşımlar, fotolar, videolar, bütün mesajlar və çat söhbətləşmələri var. Endirilən faylda bundan başqa, istifadəçinin maraqları və ünvanlı reklamlar göndərmək istəyən reklamçılara maraqlı ola biləcək digər mövzular da yer alıb. Burada istifadəçinin əlaqə məlumatlarına malik olan reklam sifarişçilərinin adları da var. İstifadəçilər burada öz Facebook hesablarından daxil olduqları üçüncü tərəflərin (app-lərin) adlarını da görə bilərlər.
 
İstifadəçi öz hesabını bağlama prosesinə başlayırsa, Facebook ona tanıdığı insanların fotolarını göstərməyə və Facebook-u tərk edərsə, həmin adamların ondan ötrü darıxacağını xatırlatmağa başlayır.
 
İstehlakçılar öz rəqəmsal profillərini gördükləri zaman bu məlumatların nə üçün toplandığını soruşa bilərlər. Bununla bağlı yeni limitlər olmalıdırmı?
 
ABŞ-da bu yaxınlarda keçirilmiş rəy sorğusu amerikalıların 41%-nin Facebook-un ölkənin gizlilik qanunlarına əməl etdiyinə inandığını üzə çıxarıb. İstifadəçilər Facebook-un rəqiblərinə daha çox inandıqlarını bildiriblər. Belə ki, rəyi soruşulanların 66%-i Amazon-a, 62%-i isə Google-ın aid olduğu Alphabet-ə etibar etdiyini bildirib. (azadliq.org)
 


Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
03:47
05:27
12:47
20:22
23:57
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.

21-07-2018 20:37