Facebook yalan xəbərlərə qarşı yeni əlavəsini işə saldı

Facebook yalan xəbərlərə qarşı yeni əlavəsini işə saldı

Facebook sosial şəbəkəsi doğru olması qəti olmayan xəbərlərin şəbəkə üzərindən yayılmasına mane olmaq və mətbuat sektoruyla əlaqələrini gücləndirmək məqsədilə xəbərçilik layihəsinə başlayıb.
 
Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, ABŞ-da prezident seçkisi zamanı Facebook üzərindən yayılan yalan xəbərlər səbəbindən tənqid hədəfi olan Facebook-un layihə direktoru Fici Simo açıqlamasında, sosial şəbəkə üzvlərinin fikir və xəbərləri paylaşıb müzakirə etməyə böyük maraq göstərdiyini, bu məsələdə sağlam bir xəbər mühiti yaratmağın Facebook-un vəzifəsi olduğunu bildirib: "Bu gün Facebook və mətbuat sektoru arasındakı bağlantını gücləndirmək üçün yeni bir proqramın təqdimatını keçiririk. Xəbər qurumları ilə əməkdaşlığımızı daha da yaxşılaşdırmaq üçün media və maarifçilərlə yeni məhsulların inkişaf etdirilməsində əməkdaşlıq edərək, rəqəmsal əsrdə insanların düzgün məlumatlandırılmasına necə töhfə verə biləcəyimiz məsələsində çalışacağıq".
 
Facebook xəbərçilik layihəsinin üç əsas məqsədinin olduğunu deyən Simo, bunları sosial şəbəkə üçün informasiya məhsullarının inkişaf etdirilməsi, jurnalistlərə yönəlik təhsil və istifadəçilərə yönəlik təhsil kimi sadalayıb.
 

Google+ WhatsApp ok.ru