Facebook başkəsmə görüntülərini qadağan edir

Bir çox istifadəçidən gələn şikayətləri qiymətləndirən Facebook, artıq "baş kəsmə" kimi paylaşmalar üçün əvvəlcə şəkildəki görüntünü qaraldacaq, daha sonra isə istifadəçiləri xəbərdar edəcək. Bizimyol.info xəbər verir ki, son vaxtlar bir çox istifadəçidən gələn "Səhifəmdə İraq və Suriyada yaşanan baş kəsmə görüntülərini görmək istəmirəm" şikayətindən sonra hərəkətə keçən Facebook, şəkilləri silməyi rədd etsə də, görüntünü göstərmədən əvvəl xəbərdarlıq mesajı veriləcəyini açıqlayıb. "İnternetdə Ailə Təhlükəsizliyi İnstitutunun" rəhbəri Stephen Balkam bu cür qərarların doğru olduğunu bildirib: 
"Əvvəlcə görüntünü gizlədən bir xəbərdarlıq pəncərəsi olmalıdır. İkinci mərhələdə isə istifadəçinin görüntünü aça bilməsi üçün yaşını qeyd etməsi istənilməlidir. Bu cür ardıcıllığı keçmək asandır. Amma heç olmasa istifadəçi nə ilə qarşılaşacağını artıq biləcək" 
 
Qeyd edək ki, Facebook 2013-cü ildə Meksikada yaşanan bir hadisənin videosuna məhdudiyyət tətbiq etsə də daha sonra həmin videonu ümumiyyətlə silmişdi. BBC-ə danışan bir Facebook sözcüsü isə istifadəçilərin bu tip hadisələri qınamasını istədiklərini, amma insanların dünyada yaşanan vəhşiliklərdən xəbərdar olmasının da lazım olduğunu bildirib. O, bildirib ki, bu məsələ həll olunacaq və qərar qəbul ediləcək. Lakin Facebookun istifadəçilərinin sayı 1,3 milyarda çatıb. Facebookun istifadəçilərini bu cür görüntülərdən qorumaq üçün daha çox səy göstərməsi lazım olduğunu düşünənlərin sayı isə gedərək artır. 

Google+ WhatsApp ok.ru