`Facebook`da Bostonun ən böyük məscidini yandırmağa çağıran şəxs tutuldu

`Facebook`da Bostonun ən böyük məscidini yandırmağa çağıran şəxs tutuldu

ABŞ polisi "Facebook"da Bostonun ən böyük məscidini yandırmağa çağırış edən və müsəlman icmasının ünvanına digər təhdidlər səsləndirən Massaçusets sakinini həbs edib.
 
"CBS Boston"a istinadən verilən xəbərə görə, ona qarşı rəsmi ittiham irəli sürülüb.
 
Belə ki, Paris terrorundan sonra 44 yaşlı Patrik Kiqan Bostonun İslam Cəmiyyəti Mədəniyyət Mərkəzinin "Facebook" səhifəsində "Öz məscidinizi yandırın!" yazıb. Bundan başqa, bir neçə islami qurumun səhifəsində yanan dini tikilinin şəklini paylaşıb.
 
Patrik Kiqana qarşı həm də qanunsuz silah saxlama maddəsi ilə ittiham verilib. (lent.az) /
 

Google+ WhatsApp ok.ru