`Facebook`dan xəbər saytlarına daha ciddi qadağa tətbiq edilir - Yenilik

`Facebook`dan xəbər saytlarına daha ciddi qadağa tətbiq edilir - Yenilik

"Facebook" yanlış xəbərlər yayan xəbər mənbələri üçün reklam xidmətin dayandıracaq. Bu haqda sosial şəbəkənin bəyanatında deyilir.
 
"Facebook" bildirir ki,əgər səhifələr yalan informasiyanı dəfələrlə dərc edəcəksə onlar yanlış kimi qeyd ediləcək və reklam kimi yayılma hüququndan məhrum olacaq. Əgər belə səhifələrdə dəqiq və istinad mənbəsi olmayan xəbərlərin yayımı dayanacaqsa, onda onların administratorları sosial şəbəkədə reklam xidmətindən yenidən istifadə edə bilər. Şirkət məhdudiyyətlərin nə vaxtdan tətbiq edəcəyini açıqlamayıb.
 
Xəbərdə deyilir ki, bir qədər əvvəl "Facebook" xəbər resurslarına saxta süjetlərlə reklamdan gəlir almağı qadağan etdi.
 
Maide.Az "Ictinfo"-a istinadən bildirir ki, "Facebook" bu ilin mart ayında yanlış xəbər yayan nəşrləri dəqiq olmayanlar kimi nişanlamağa icazə verən funksiyanı istifadəyə verdi. İstifadəçilər blokirovkanın səbəbini göstərməklə yazıya spam kimi nişan qoya bilərlər ki, xəbər saytı dəqiq olmayan informasiya verib. Əgər nəşr istifadəçilərdən çox şikayət alırsa, "Facebook" xəbər lentində onun reytinqini aşağı salır və xüsusi nişanla nişanlayır. /

Google+ WhatsApp ok.ru