`Facebook`dan yeni `gizli çat` xidməti

`Facebook`dan yeni `gizli çat` xidməti

"Facebook" şirkəti "Facebook Messenger" ani yazışma proqramında "gizli çat" xidmətinin sınaqlarına start verib.
 
"Gizli çat" xidməti istifadəçilərə yazışmaların birbaşa (end-to-end) şifrələnməsini təklif edir. Bu o deməkdir ki, bir qurğudan başlanılan yazışma digər qurğuda əlçatan olmayacaq.
 
Məsələn, əgər siz dostunuza mobil telefon vasitəsilə mesaj yazmısınızsa həmin mesajı kompyuterdən oxumaq mümkün olmayacaq. 
 
Oxşar iş prosesi "Telegram" mesencerində tətbiq olunur. Bundan əlavə, "Facebook"a məxsus WhatsApp proqramında bu cür şifrələnmə artıq 2016-cı ilin aprelindən istifadəyə verilib. (ANS PRESS)
 

Google+ WhatsApp ok.ru