`Facebook` Fələstin müqavimətini dəstəkləyən səhifələri növbəti dəfə bağladı

`Facebook` Fələstin müqavimətini dəstəkləyən səhifələri növbəti dəfə bağladı

 
Verilən xəbərə görə, "Facebook" administrasiyası aralarında HƏMAS-ın İordan çayının qərb sahili təşkilatına məxsus səhifənin də olduğu Fələstin müqavimətini dəstəkləyən bir çox sayta girişə mane törətdiyi bildirilib.
 
Bu saytlar arasında onuncu dəfə bağladılanlar da var. "Facebook" administrasiyası ən-Nəcah, Birzeit, Qüds, əl-Xəlil, Politexnik, Amerika, Kuduri, Beytlahim və əl-Əhliyyə universitetləri ilə Darul-Ulum fakültəsindəki İslami tələbə qruplarını da bağlayıb.
 
Bundan başqa, "Facebook" administrasiyası bu səhifələri idarə edənlərlə fəal istifadəçilərinin hesablarını da bloka edib. Bu "Facebook" administrasiyasının ilk dəfə atdığı addım deyil.
 
Daha əvvəl də dəfələrlə müqaviməti dəstəkləyən səhifələri və rəhbərlərinin hesabatlarını bağlamışdı. Ancaq bu qədər genişmiqyslı olmamışdı.
 
Mütəxəssislər "Facebook" administrasiyasının bu kampaniyasının İsrail ilə arasında əldə edilən razılaşmanın nəticəsi olduğunu qeyd ediblər. İsrail radiosunun verdiyi xəbərə görə, bir neçə gün əvvəl İsrail hökuməti nazirləri ilə "Facebook"un yüksək səviyyəli rəsmiləri arasında Təl-Əvivdə əməkdaşlıq üçün toplantı baş tutub.
 
İclasda sosial paylaşım saytlarında terrora təhrik və bunun qarşısının alınması məsələsi müzakirə olunub. (Eastnews) /

Google+ WhatsApp ok.ru