Facebook Fələstin Prezidentinin partiyasının səhifəsini blokladı - SƏBƏB - FOTO

Facebook Fələstin Prezidentinin partiyasının səhifəsini blokladı - SƏBƏB - FOTO

Facebook sosial şəbəkəsi Fələstin Prezidentinin lideri olduğu partiyanın səhifəsini bloklayıb.
 
İslamazeri.az-ın “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, “Facebook” sosial şəbəkəsinin administrasiyası Fələstin Prezidenti Mahmud Abbasın lideri olduğu FƏTH partiyasının səhifəsini bloklayıb. Buna səbəb isə, səhifənin Yasir Ərəfatın əlində silah tutduğu şəkili paylaşmasıdır.
 
“Bizə bildirdilər ki, bizim səhifəmiz “Facebook”-un qaydalarını pozur.”, - deyə səhifə administratorlarından biri, FƏTH-in mətbuatla əlaqə üzrə nümayəndəsi Munir əl-Caqub bildirib.
 
Qeyd edilir ki, bununla yanaşı 12 səhifə idarəçisinin də istifadəçi adları dondurulub.
 

 

Google+ WhatsApp ok.ru