Facebook Fələstinlilərin hesablarını bloklayır

Facebook Fələstinlilərin hesablarını bloklayır

Bir qrup Fələstinli gəncin idarə etdiyi Sadi Suşal Media Mərkəzi çərşənbə axşamı (5 may) Fələstində facebook istifadəçilərinin hesablarının bloklanması barədə mesajlar alıb.

 
Maide.Az "Səfa" xəbər agentliyinə istinadla xəbər verir ki, mərkəz, Facebookun bazar ertəsi günü bəzi fələstinlilərin hesablarını "siyasətlərinə uyğun gəlməmək" bəhanəsi ilə bağladığını, buna görə qapalı hesabların yenidən açılması üçün silinmiş istifadəçi hesablarının siyahısını hazırladıqlarını elan edib.
 
Mərkəz bu hesabların çoxunun fələstinlilərin gündəlik vəziyyəti haqqında xəbərlər yayımlayan jurnalistlər və ictimai fəallar tərəfindən istifadə edildiyini bildirir.
 
Sadi Suşal Media Mərkəzi Facebookda hesabları bloklanan hər kəsdən bu mərkəzlə əlaqə qurmalarını istəyib.

Google+ WhatsApp ok.ru