`Facebook` `Google`a rəqib oldu: Xəbər yayımı başladı

Bir müddətdir media qurumları ilə görüşlər keçirən 1.4 milyard aktiv istifadəçisi olan sosial media nəhəngi "Facebook", "Instant Articles" adlı təşəbbüsü çərçivəsində platforma üzərindən xəbər yayımı aparmağa başlayıb.
"The New York Times", "Buzzfeed", "NBC News", "National Geographic" və "Guardian"ın da aralarında olduğu 9 xəbər saytı ilə razılığa gələn "Facebook" bu saytlarda yayımlanan informasiyaları "Facebook"a inteqrasiya edərək saytdakı xəbər bölgülərini vahid platformada toplayıb.
 
Gəlirlərin çoxu media qurumlarına gedəcək
"Wall Street Journal"da yer alan xəbərə görə, media qurumlarını razı salmaq üçün bir müddətdir gizli bazarlıqlar edən "Facebook" "Instant Articles"dan əldə edilən gəlirin böyük hissəsini bu qurumlara verəcək. "Facebook"da yer alan xəbər vasitəsilə edilən reklamlardan əldə olunan gəlirin hamısı media təşkilatlarına veriləcək. Bu gəlirlərin 30%-i "Facebook"un hesabına daxil olacaq. İlk mərhələdə saytı ingilis dilində istifadəyə verilən layihənin yaxın günlərdə genişlənəcəyi və müxtəlif dillərdən yeni xəbər mənbələrinin layihəyə daxil ola biləcəyi bildirilir.
 
"Google" və "Yahoo"ya rəqib gəlir
Xəbərlərin sosial mediadakı təsirininin fərqinə varan "Google" keçdiyimiz günlərdə avropalı mətbuat orqanlarına üç il ərzində 163 milyon dollar kömək etmək təklifini təqdim etmişdi. "Google"un bu addımından  sonra sözügedən layihəyə start verən "Facebook"un "Google News" və "Yahoo News"-un bu sahədəki monopoliyasını qıra biləcəyi güman edilir. islamazeri/
 

Google+ WhatsApp ok.ru