Facebook məscidə terror hücumla bağlı 1,5 milyon videonu silib

Facebook məscidə terror hücumla bağlı 1,5 milyon videonu silib

Facebook Inc bildirir ki, Yeni Zelandiyada məscidə terror hücumdan sonrakı ilk 24 saat ərzində 1,5 milyon videonu silib.
 
Sosial şəbəkə şənbə günü tvitində bildirib ki, “dünya üzrə videoların 1,2 milyonunun qarşısı elə yüklənərkən alınıb”.
 
Şirkət həmçinin videonun redaktə olunmuş bütün versiyalarının silindiyini qeyd edib.
 
Cümə günü Yeni Zelandiyanın iki məscidinə terror hücumu baş verib.  Terror hadisəsi zamanı 50 nəfər öldürülüb. Terrorçu hücumunu Facebook-da 17 dəqiqə ərzində canlı yayımlayıb. Sonradan həmin videoların surətləri bir neçə saat ərzində sosial medianı zəbt edib.
 
Yeni Zelandiyanın Baş naziri Jacinda Ardern deyib ki, Facebook-la canlı yayın məsələsini müzakirə etmək istəyir. /azadliq.org /

Google+ WhatsApp ok.ru