Facebook qaydaları dəyişir

Facebook sosial şəbəkəsi ayarlara dəyişikliklər edib. Bu dəyişikliklərə əsasən videoya baxmazdan əvvəl şəbəkə onun tərkibi haqqında xəbərdarlıq edəcək.
 
Maide.az BBC-yə istinadən xəbər verir ki, istifadəçi videoya baxmaq üçün düyməyə basarkən, videonun “şok edici, təhqiredici və ya sarsıdıcı” ola biləcəyi haqqında xəbərdarlıq peyda olacaq.
 
Bundan başqa, sayt belə video və fotolara 18 yaşına çatmamış istifadəçilərin baxmasına məhdudiyyət qoyacaq.
 
Həmçinin qeyd edilib ki, zorakılıq xarakterli videolar avtomatik olaraq açılmayacaq.

Google+ WhatsApp ok.ru