Facebook Qüds sorğusuna mane oldu

Facebook Qüds sorğusuna mane oldu

-- Qadağanın səbəbi nədir?

İslam Konfransı Dialoq və Əməkdaşlıq Gənclər Forumunun (İKGF) "Müsəlman gənclərin Qüdsdə həll təklifləri" sorğusu Facebook tərəfindən "Dəhşətə salan məzmun" şərhi ilə qadağan edilib.
 
İKGF bu sorğunun nəticələrini İstanbulda toplanan İslam Əməkdaşlıq Təşkilatına (İƏT) təqdim etmək istəyirmiş.
 
Forumdan verilən açıqlamada bildirilir ki, 16 yaşlı Fələstinli Fevzi Əl-Cuneydinin 25-ə yaxın silahlı İsrail əsgəri tərəfindən həbs edildiyi fotonun və sorğunun da yerləşdirildiyi səhifənin bağlanması nə demokratik dəyərlərə, nə də ifadə azadlığına uyğun deyil.(FaktXəbər)
 

Google+ WhatsApp ok.ru