Facebook qlobal siyasi manipulyasiyada ittiham edildi

Facebook qlobal siyasi manipulyasiyada ittiham edildi

Facebook-dan qovulduğu bildirilən sabiq məlumat eksperti Sofia Zanq Facebook-u qlobal siyasi manipulyasiyalara məhəl qoymadığına və saxta hesablara qarşı kifayət qədər tədbir görmədiyinə görə tənqid edib.
 
“Buzzfeed” adlı xəbər saytı Sofia Zanq təşkilat daxili hesabatını ələ keçirib və dərc edib.
 
6600 sözdən ibarət hesabatda, Zanq Facebook-u əsasən adi saxta hesablara yönəldiyini bildirərək, ancaq xarici dövlətlərin siyasi məqsədlər üçün platformadan geniş şəkildə sui-istifadə etməsinin qarşısını almaq üçün zəif və qeyri-kafi qalmaqda ittiham edib.
 
Hesabatda belə qeyd olunub: “Vətəndaş dəqiqliyi sahəsində, Facebook-un qısamüddətli qərarlarının böyük miqyasda “ictimaiyyətlə əlaqələr” üçün verildiyi hamıya məlum olan bir sirrdir”.
 
Honduras, Azərbaycan və Hindistan kimi ölkələrdə yayılmış siyasi manipulyasiyaların kifayət qədər araşdırılmadığı iddia edilən hesabatda, ABŞ, Braziliya və İspaniyada bağlanmış milyonlarla saxta hesabın açıqlanmadığı yazılıb.
 
Hesabatda Zanqın “Bilirəm, əlimdə qan var” dediyi, Facebook-un ABŞ və Qərbi Avropa xaricindəki ölkələrin siyasi taleyinə təsir göstərə biləcək zərərli fəaliyyətlərə görə məsuliyyətini inkar etdiyi qiymətləndirilib.
 
Facebook-un “İntegrity” şöbəsi sədrinin müavini Qay Rosen Tvitter üzərindən Zanqın hesabatdakı iddialarını yüngül sayaraq belə deyib: “Biz qlobal olaraq ən təcili və zərərli təhdidlərə üstünlük veririk, “saxta bəyənmələr” bunlara daxil deyil”.
 
Buzzfeed-in hesabatında Zanqın şirkətin prioritetləri və geniş yayılmış manipulyasiyalar barədə rəhbərliklə davam edən fikir ayrılıqlarına görə, sentyabr ayının əvvəlində Facebook-dan qovulduğu da qeyd edilib. 
 

Google+ WhatsApp ok.ru