Facebook rəhbərliyi casusluq etdiyi üçün üzr istədi

Facebook rəhbərliyi casusluq etdiyi üçün üzr istədi

Facebook rəhbərliyi uşaq istifadəçiləri bağlı məlumatları reklam verən şirkətlərlə paylaşdığı üçün üzr istəyib. Buna səbəb isə sosial şəbəkə ətrafında yaranan qalmaqal və məlumatların şirkətlərə ötürülməsinin üzə çıxamasıdır.
 
Facebook sosial şəbəkəsi uşaq və gənc istifadəçilərin ağır çəkidən əziyyət çəkməsi, etimad göstərməklə bağlı yaranan problemləri və özünü dəyərsiz hiss etmək kimi mövzuları reklam verən qurumlarla paylaşdığı etiraf edib.
 
Sosial şəbəkənin rəhbərliyi açıqlayıb ki, bu məlumatları uşaqlara yönəlik reklamları müəyyənləşdirmək üçün deyil, reklam verən şirkətlərlə uşaqların Facebooku necə istifadə etdiyini öyrənməsinə yardım etmək üçün bölüşüb.
 
Facebookun Avstraliya ofisi tərəfindən hazırlanan və mətbuata sızan sənədə görə, bir çox şirkət uşaqların nə hiss etdiyini anlamaq məqsədilə Facebook istifadəçilərinin məlumatlarını istifadə edə bilir. Şəbəkə həmçinin uşaqların fərqli vəziyyətlərdə nə reaksiya göstərəcəyinə dair təhlilləri də şirkətlərlə bölüşür. (faktxeber) /

Google+ WhatsApp ok.ru