`Facebook` tələsi: təklif olunan xidmətlər hansı təhlükələrdən xəbər verir? -Video

Son illər dünyada, eləcə də ölkəmizdə sosial şəbəkələrə maraq çox artıb. Ötən ilin yekununa əsasən, Azərbaycanda 1 milyon 500 min nəfərdən artıq insan "Facebook" sosial şəbəkəsində qeydiyyatdan keçib. APA TV-nin xəbərinə görə, bu göstərici dünya üzrə 1,5 milyard nəfərə yaxındır. Gündən-günə böyüyən "Facebook" mütəmadi olaraq, istifadəçilərə yeni xidmətlər təklif edir. Bəzən bu xidmətlər işə yarasa da, bir sıra hallarda istifadəçilər təhlükə ilə üz-üzə qalır. Bəs bu təhlükə nədən ibarətdir? İlk növbədə "Facebook" tərəfindən göndərilən oyun təklifləri və ya xüsusi əməliyyatlar proqramları məhz həmin təhlükələrdən hesab olunur.
 
Ötən həftə bir sıra "Facebook" istifadəçisinə təklif olunan "sizin ziyarətçilər kimlərdir" adlı yeni bir əməliyyat proqramı da bu sıradadır. Hər kəsin marağına səbəb olan bu yeni proqram istifadəçilər tərəfindən qəbul olunaraq çox sürətlə yayılmağa başlayıb. Çox keçmədən yeni proqramın "Facebook" tərəfindən deyil, azərbaycanlı proqramçılar tərəfindən yaradıldığı məlum olub. Proqram hazırkı məqamda təhlükəli hesab olunmasa da, gələcəkdə təhlükəsi yarana bilər.
 
"APA Holdinq"in İnformasiya Texnologiyaları Departamentinin əməkdaşı Şəhriyar Rzayev deyir ki, bu proqramların yeni yayılanda təhlükəsi olmur: "Lakin nəzərə alsaq ki, "Google Chrom" proqramı avtomatik ötürür bu zaman developerlər gələcəkdə hər hansı bir zərərli kodu avtomatik göndərəndə istifadəçinin təsdiqi olmadan həmin koda qoşulur. Bu isə  bir müddət keçdikdən sonra zərərli ola bilər".
  
Bəzən bu kimi hallar insanların diqqətsizliyi ucbatından baş verir. Ani bir diqqətsizlik bu proqramların yüklənməsinə və nəinki şəxsi profilinizin, hətta istifadə etdiyiniz kompüterin sisteminə da daxil olmasına gətirib çıxarır. Bu, adətən professional hakerlər tərəfindən atılan, ağıllı, aldadıcı addımlar və manevrlərdir. Hədəf isə əsasən iri şirkətlər, holdinqlər və ya proqramlar olur. Hadisələrin hazırkı gedişatı sıravi vətəndaşları elə də böyük təhlükə ilə üz-üzə qoymur. Bu prosesi başlayan nəhəng haker qruplaşmalarının hədəfi iri şirkətlər və tanınmış şəxslər olur. Onlar bu addımı adətən qara PR üçün atırlar.
 
"Facebook"da "Mənim oxşarım", "Ən yaxın dostum kimdir?" "Mənim köhnə tanışım və ya ortaq tanışlarım kimdir?" və ya ilin sonunda "illik hesabat" bu kimi müntəzəm yenilənən proqramlar bizə nə vəd edir?
 
Qaldı ki bizim bunlardan necə sığortalanacağımıza, bu proqram, aplication, əməliyyat sistemi, sosial şəbəkədən asılı olaraq dəyişir.
 
Eyni zamanda gmail, "Facebook" hesabımızda da bizim görəcəyimiz tədbirlər, hakerler üçün ciddi əhəmiyyət kəsb etmir. Hücum edən həvəskar hakerdirsə, məsləhət vermək olar ki, hesabınızı nömrənizlə əlaqələndirin. Belə edəcəyiniz təqdirdə hesabınıza hər daxil olmaq istəyəndə telefon nömrənizə kod gələcək. Yalnız o kodu daxil etdikdən sonra hesabınıza daxil olmaq mümkün olacaq. Bu, daha təhlükəsizdir.
 
Paytaxt sakinləri ilə qısa söhbət zamanı məlum olub ki, onlar sosial şəbəkələrdə təhlükəsizliyin necə təmin edilməsindən xəbərsizdilər.
 
Hər halda əvvəlcədən ehtiyatlı olmaq lazımdır ki, sonradan bunun acısını çəkməyək./

Google+ WhatsApp ok.ru