Fanatik israillilər daha bir fələstinli ailənin zeytun bağını məhv ediblər

Fanatik israillilər daha bir fələstinli ailənin zeytun bağını məhv ediblər

İşğal altındakı Fələstinin əl-Xəlil (Habrun) şəhəri yaxınlığında qanunsuz salınmış Beyt-Yair yəhudi qəsəbəsinin sakinləri yerli əhaliyə məxsus zeytun bağlarına hücum ediblər.
 
Maide.Az "felestin.info"-a istinadla xəbər verir ki, fanatik israillilər yeni əkilmiş 200 zeytun tingini qopararaq məhv ediblər.
 
Ayırıcı divar və İordan çayının qərb sahilinin cənub bölgələrindəki qanunsuz yəhudi məskənlərinə qarşı milli komitənin koordinatoru Ratib Caburun bildirdiyinə görə, meyvə ağacları fələstinli fermer Bərəkət Məhəmməd Mura məxsus olub. Müstəmləkəçi yəhudilər ağacları məhv etdikdən sonra buranı tərk ediblər və dəymiş ziyanın ödənməsi məsələsi isə mümkün deyil.
 
R.Cabur onu da bildirib ki, qanunsuz Susya yəhudi qəsəbəsindən olan bir qrup fanatik yəhudi başqa bir fələstinli ailə - Nəvacə ailəsinin torpaq sahəsinə daxil olaraq buranı şumlayıblar.
 
Bildirək ki, işğalçı rejim qüvvələri və fanatik israillilər tez-tez fələstinlilərə məxsus bağlara və əkin sahələrinə basqın edərək qarşılarına çıxanı məhv edirlər. Bununla yerli əhalini dolanışıqdan məhrum etmək, psixoloji təzyiqlə öz yurdlarını tərk etməyə vadar etmək məqsədi güdülür.
 

Google+ WhatsApp ok.ru