Fanatik yəhudilər kəndə hücum edərək əhalini güllələyiblər, ölən və yaralananlar var

Fanatik yəhudilər kəndə hücum edərək əhalini güllələyiblər, ölən və yaralananlar var

Dünən bir qrup fanatik israilli miqrant Fələstinin Rəmallah şəhərinin əl-Müğəyyir kəndində hücum edərək əhaliyə qarşı zorakılıq törədiblər, dörd uşaq atası olan kənd sakinini güllələyərək qətlə yetiriblər.
 
Maide.Az "Felestin.info"-a istinadla xəbər verir ki, Fələstinin Səhiyyə Nazirliyi 38 yaşlı Həmdi Sadə Nəsanın ağır yaralı halda xəstəxanaya çatdırıldığı və orada vəfat etdiyini açıqlayıb.
 
Nazirliyin açıqlamasında deyilir ki, dörd uşaq atası olan Nəsan israilli miqrantlar tərəfindən odlu silahla vurulub və kürəyindən güllə yarası alıb.
 
Məlumata görə, müstəmləkəçilərin hücumu nəticəsində azı 30 kənd sakini də yaralanıb. Onların 6 nəfəri odlu silahla vurulub və müxtəlif dərəcəli xəsarətlər alıb.
 
Yerli mənbələrin bildirdiyinə görə, fanatik yəhudilər İsrail ordusunun güclü mühafizəsi altında kəndə soxulublar. Kəndə doğru işğalçıların hücumunun qarşısını almaq üçün sakinlər küçələrə çıxaraq müqavimət göstərməyə çalışıblar. Lakin işğalçı ordunun və fanatik dəstənin silahlı hücumuna məruz qalıblar. Sakinlərə qarşı həqiqi döyüş güllələri, rezin örtüklü metal güllələr və səs qumbaraları tətbiq edilib.
 
Qeyd edək ki, dünənki faciəli olay barədə BMT-nin Yaxın Şərqdə sülh prosesi üzrə xüsusi koordinatoru Nikolay Mladenov da fikrini açıqlayıb. "Əl-Müğəyyirdə bu gün baş vermiş zorakılıq şokedicidir və qəbuledilməzdir. İsrail yəhudi köçkünlərin törətdiyi zorakılıqlara son qoymalıdır və günahkarları məsuliyyətə cəlb etməlidir. Qətlə yetirilmiş Fələstin sakininin ailəsinin və yaralanan digər kənd sakinlərinin yanındayam və onların dərdini bölüşürəm. Hər kəs zorakılığı qınamalıdır, terrora qarşı çıxmalıdır", - deyə N.Mladenov öz "Twitter" səhifəsində yazıb.
 
Bildirək ki, Həmdi Nəsa son bir həftədə işğalçı İsrail rejimi tərəfindən qətlə yetirilmiş üçüncü fələstinlidir.
 

Google+ WhatsApp ok.ru