FAO: 26 ölkədə 30 milyondan artıq insan kəskin aclıq təhlükəsi ilə üz-üzədir

FAO: 26 ölkədə 30 milyondan artıq insan kəskin aclıq təhlükəsi ilə üz-üzədir

-- kəskin aclığın qarşısını almaq üçün 1.06 milyard dollar vəsaitə ehtiyac var

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO ) bildiri ki, 26 ölkədə 30 milyondan artıq insan kəskin aclıq təhlükəsi ilə üz-üzədir. 
 
Maide.Az “cnnturk”-ə istinadən xəbər verir ki,  FAO yayımladığı yazılı açıqlamada bildirib ki, həmin insanların həyatını xilas etmək və kəskin aclığın qarşısını almaq üçün  1.06 milyard dollar vəsaitə ehtiyac var. 
 
Müharibələr və  iqlim dəyişikliyinə görə  qlobal qıtlığın artdığını deyən FAO donor dətəyi ilə yerli ərzaq istehsalının bərpası və bəslənməsini yaxşılaşdırmağa çalışacağını bildirir. “Bunun üçün plan hazırlanıb. Plana görə əkinçilik üçün toxumların, vasitələrin və digər avadanlıqların verilməsi; baytarlıq yardımı ilə heyvanların qorunması; qabaqcıl istehsal, emal, torpaq və su idarəçiliyində təlim və ehtiyacı olan ailələrə dərhal ərzaq ala bilmək üçün pul köçürməkdir."
 
FAO-nun  açıqlamasında bildirilir ki,  2018-ci ildə kəskin qida çatışmamazlığı ilə Yəməndə 5,7 milyon, Demokratik Konqoda 2,8 milyon, Cənubi Sudanda 3,9 milyon, Somalidə 2,7 milyon nəfər üz-üzədir. 
 

Google+ WhatsApp ok.ru