FAO: Yəməndə milyonlarla insanın həyatı təhlükədədir

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı FAO Yəməndə ərzaq təhlükəsizliyini fövqəladə elan edərək beynəlxalq ictimaiyyətin bu ölkədə vətəndaşlar və təsərrüfatçıları dəstəkləməsini istəyib.
 
Maide.az-ın verdiyi məlumata görə, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Yəməndəki nümayəndəsi Saleh Hac Həsən bildirib ki, hazırda Yəməndə kənd təsərrüfatı məhsullarının istehsal olunmasında həssas və əsaslı şəraitə daxil olunub: 2Bu ölkə vətəndaşlarının ərzaq təhlükəsizliyi ilə bağlı nigaranlıq mövcuddur, ərzaq de-stabilliyinin önlənməsi üçün kənd təsərrüfatı istehsalına diqqət qaçılmaz məsələdir." 
 
FAO ərzaq de-stabilliyinin təsirində olanların sayını 10 milyon 600 min nəfər elan edib. 
 
BMT Yəmənin 26 milyonluq əhalisinin yarısından çoxunun humanitar yardımlara ehtiyaclı olduğunu bildirib.

Google+ WhatsApp ok.ru