FATİMEYİ-ZƏHRA (S.Ə) ZİKRİNİN VƏ SALAVATIN SAVABI

FATİMEYİ-ZƏHRA (S.Ə) ZİKRİNİN VƏ SALAVATIN SAVABI

“İnnəllahə məlaikətəhu yusəllunə ələn-nəbiyyi, ya əyyuhəl-ləzinə amənu səllu əleyhi səllimu təslimən.”

“Allah və onun mələkləri Peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər! Ona salavat göndərib və salam deyin və kamil şəkildə onun fərmanına təslim olun”

İmam Kazım əleyhis-səlamdan: “Allah və onun mələkləri Peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər! Ona salavat göndərib və salam deyin və fərmanına təslim olun” ayəsində Allahın, mələklərin və mö`minlərin salavatının mə`nası barədə sual oldu. İmam buyurdu: “Allahın salavat göndərməsi onun tərəfindən bir növ rəhmətdir, mələklərin salavatı Allahın Rəsuluna nisbət onların sitayişidir və mö`minlərin Peyğəmbər üçün onlardan bir duadır.”

İmam Sadiq əleyhis-səlam da bu ayə barədə buyurur: “Peyğəmbərə (səlləllahu əleyhi və alihi) səna (tərif) deyin və ona salam göndərin (ya fərmanına boyun qoyun).

Google+ WhatsApp